image-img-20260102-wa0066backend

Nəriman Kərimli: “Strateji kommunikasiya peşə təhsilində dönüş nöqtəsi yaratdı”

image-ads-728x90

Son illər ölkəmizdə peşə təhsilinə marağın əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur. Bu artım həm statistik göstəricilərdə, həm də ictimai rəydə aydın şəkildə özünü göstərir. Bu prosesdə strateji kommunikasiyanın düzgün qurulması və peşə təhsilinin nüfuzunun yüksəldilməsi mühüm rol oynayıb.

2021–2024-cü illərdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nəriman Kərimlinin rəhbərliyi ilə peşə təhsilinə marağın artırılması istiqamətində ardıcıl və məqsədyönlü addımlar atılıb. Onun rəhbərliyi ilə hazırlanmış kommunikasiya strategiyası nəticəsində 2020–2024-cü illər ərzində peşə təhsili müəssisələrinə tələbə qəbulu 70 faiz artıb.

Mütəxəssislər bildirirlər ki, ictimai rəyin dəyişdirilməsində əmək bazarının tələblərinin öyrənilməsi və işəgötürənlərlə sıx əməkdaşlıq əsas alətlərdən biri olub. Bu yanaşma peşə təhsilinə olan etimadın bərpasında həlledici rol oynayıb.

Qeyd olunur ki, Nəriman Kərimlinin fəaliyyəti dövlət səviyyəsində həyata keçirilən təhsil islahatlarının effektiv kommunikasiya ilə dəstəklənməsinin uğurlu nümunəsi kimi qiymətləndirilir.

Zəhra Mənsimova



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki