İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkiyə ilə bağlı sərt açıqlamalar səsləndirib.
Korrekt.az xəbər verir ki, Netanyahu çıxışında Ərdoğanı İsrailin məhv edilməsini istəməkdə ittiham edib və Qüds məsələsi ilə bağlı Türkiyə Prezidentinə müraciət edib.
“Ərdoğan İsrailin məhv edilməsini istəyir. Demək olar ki, hər gün Qüdsün hökmdarı olacağını söyləyir. Xeyr, cənab Ərdoğan, belə olmayacaq. Bura bizim ölkəmiz, bizim şəhərimiz və əbədi paytaxtımızdır”, – Netanyahu bildirib.
İsrailin Baş naziri Türkiyə və Ərdoğanı antisemitik fikirləri yaymaqda ittiham edib.
Netanyahu, həmçinin Türkiyənin Kiprin şimalında hərbi mövcudluğunu, Yunanıstanla münasibətlərini və Suriyadakı siyasətini tənqid edib. O, Türkiyənin Suriyanı ələ keçirmək istədiyini iddia edib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib. Ərdoğan çıxışında İsrailin Qəzzadakı fəaliyyətlərini kəskin tənqid edib və iki dövlətli həllin qorunmasının vacibliyini vurğulayıb.
Netanyahunun çıxışı zamanı bir sıra ölkələrin nümayəndə heyətlərinin zalı tərk edib.





















