Bu gün Nəzər.Media ilə “United New Opportunities” təhsil qurumu arasında əməkdaşlığın inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə niyyət protokolu imzalanıb.
Niyyət protokolunu Nəzər.Media adından saytın baş redaktoru Nəzərbəy Hacıağayev imzalayıb. “United New Opportunities” adından isə sənədi qurumun icraçı direktoru Murad Muradlı imzalayıb.
Niyyət protokoluna əsasən, Nəzər.Media tərəfindən təhsil sahəsində həyata keçiriləcək layihə və araşdırmalar çərçivəsində “United New Opportunities” əsas tərəfdaş kimi çıxış edəcək.
Eyni zamanda, “United New Opportunities” tərəfindən həyata keçirilən layihələr çərçivəsində Nəzər.Media öz imkanları daxilində quruma media və informasiya dəstəyi göstərəcək.
Tərəflər təhsil sahəsində birgə layihələrin hazırlanması, araşdırmaların aparılması və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklər.






















