“Manchester United”in sabiq futbolçusu Nicky Butt klubun hazırkı durumu ilə bağlı sərt açıqlama verib.
Korrekt.az xəbər verir ki, Butt FourFourTwo nəşrinə müsahibə zamanı bildirib ki, klub dərin böhran yaşayır və vəziyyəti qısa müddətdə dəyişmək mümkün deyil:
“Manchester United tamamilə çürüyüb. Hətta Aleks Ferqyuson ən yaxşı dövrlərində geri qayıtsa belə, bu vəziyyəti dərhal dəyişə bilməzdi. Pep Qvardiola və Yurgen Klopp kimi məşqçilərə də zaman lazım olardı”.
Onun sözlərinə görə, klubun transfer siyasəti də hədəflərlə uzlaşmır:
“Manchester United-in transfer etdiyi və edə bildiyi futbolçular klubun böyük məqsədlərinə uyğun gəlmir. Çempionluq uğrunda real mübarizəyə qayıtmaq üçün 5–8 il vaxt tələb olunacaq”.
Nicky Butt əlavə edib ki, hazırkı vəziyyətdə klub öz ciddiliyini itirib:
“Hazırda Manchester United sirkə çevrilib”.





















