image-1backend

“Nikol Paşinyanı qorxuya salan budur”- Politoloq

image-ads-728x90

“Nikol Paşinyanın son açıqlamalarında səsləndirdiyi fikirlər təkcə regional vəziyyətlə bağlı deyil, həm də müəyyən siyasi mesajlar daşıyır. Paşinyanın ABŞ–İran qarşıdurması fonunda “Tramp yolu”nun tikintisinin ləngiyə biləcəyi barədə danışması ilk baxışdan Vaşinqtonun İrana qarşı mümkün müharibə səbəbindən layihəni arxa plana keçirməsi kimi təqdim olunur. Bu açıqlama eyni zamanda Tehrana yönəlmiş sakitləşdirici mesaj kimi də qiymətləndirilə bilər.”– bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Arzuman Muradlının sözlərinə görə, İranda mühafizəkar dairələr Second Nagorno-Karabakh War başa çatdığı gündən etibarən Zangezur Corridor layihəsinə qarşı olduqlarını açıq şəkildə bildiriblər. Politoloq qeyd edib ki, onların mövqeyi “Tramp yolu” kimi təqdim olunan marşruta münasibətdə də eynidir.

Arzuman Muradlı bildirib ki, İran regionda müxtəlif istiqamətlərə dron və raket zərbələri endirsə də, indiyədək Ermənistana toxunmayıb. Bununla belə, onun fikrincə, hazırda İranda qərarverici mövqedə olan hərbi dairələr gələcəkdə Ermənistanı da potensial hədəf kimi nəzərdən keçirə bilər.

Politoloqun sözlərinə görə, Tehran uzun illər Ermənistan hakimiyyətləri ilə yaxın münasibətlər saxlayıb. Lakin Nikol Paşinyanın Qərblə yaxınlaşma siyasəti İrandakı siyasi dairələri narahat etməyə bilməz. O əlavə edib ki, Paşinyanın “Tramp yolu”nun keçdiyi istiqamətin ABŞ-a icarəyə verilməsi ilə bağlı planları da iranlı generalların diqqət mərkəzindədir.

Arzuman Muradlı hesab edir ki, bu səbəbdən regionda gərginlik artarsa, İranın hədəfləri sırasında Ermənistanın da olması ehtimalı istisna edilmir. Onun fikrincə, belə bir ssenari həm Rusiyada Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasını istəyən qüvvələrin, həm də erməni radikal qruplarının maraqlarına uyğun ola bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki