İlk öncə qeyd edim ki, bu yazı miflər və bu sahədə araşdırma aparanların araşdırmalarının kiçik xülasəsidir. Qeyd edim ki, tufan haqqında miflər təkcə Yaxın Şərq xalqlarında deyil, Avropa, Mərkəzi və Cənub-Şərqi Asiya, Polineziya xalqlarında, o cümlədən, Amerika hindularında da mövcud olub.
Mənim şəxsi mövqeyimə görə heç bir gəmi olmayıb. Bu gəmi müasir dildə desək dağın zirvəsində qurulmuş BUNKERlərin arxaik adıdır. Lakin yazı xalq arasında və dini inanclarda çox hallandığı üçün onların baxışından hazırlanıb və erməni yalanlarına qarşıdır.
Ermənistanın 1992-ci ildə qəbul edilmiş dövlət rəmzin mərkəzində Avropa hərb sənətinə xas olan üçkünc heraldika qalxanı, onun içərisinə isə əbədi erməni yuxusu – Türkiyə ərazisindəki “Ararat (Ağrı) dağı və onun zirvəsinə yan almış Nuhun gəmisi” həkk olunub. Ermənilər özlərini nəinki Nuhun birbaşa genetik davamçıları elan etmişlər, hətta onun adı ilə bağlı olan bütün hər şeyi öz adlarına çıxıblar. Azərbaycan torpaqlarına köçürülən ermənilər son iki yüz il ərzində Ağrı dağına yüzlərlə ekspedisiya təşkil olunmuş, lakin indiyədək burada Nuhun gəmisinin qalıqlarını “gördüm” deyən olmamışdır.
1813-cü ildən başlayaraq NUH Peyğəmbərin gəmisinin Ağrı dağında yerə yendiyi barədə fikirləri təsdiq etmək üçün Rusiyanın,Amerikanın,Çinin bu günə qədər ekspedisiyalar apardığı bizə məlumdur. Çəkilən fotolar, erməni alimlərinin ekspedisiya “nəticələri”, ərazidə “tapılan” taxta qalıqlarının isə az sonra saxta olması sübuta yetirilmişdir. Dünyanın nəhəng alimləri ermənilərin bu araşdırmalarına sadəcə gülərək keçiblər.
Bəs bu erməni yalanları hara qədər gedəcək sualına elə ermənilərin öz ciddi alimlərindən biri olan Aram T.Qanalanyanın 1969-cu ildə Ermənistan Elmlər Akademiyasının nəşriyyatı tərəfindən nəşr edilmiş “Erməni əfsanələri” (erməni dilində) kitabı özü cavab verir:
“Tufan zamanı Nuhun gəmisi gecə bu dağa toxundu. Zərbə o qədər güclü idi ki, dağ ikiyə bölündü. Nuhun gəmisi dəyəndən sonra ilan və canavarlar burada məskunlaşdı. Ona görə də dağ İlandağ adlanır”.
Kİtabın linkini qoyuram:
Nazim Mustafa, Araz Qurbanov, Elşad Əlilinin birgə müəllifi olduğu “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabı ciddi mənbələr üzərində yazılıb və orda qeyd edilir ki,
“Naxçıvan şəhərində Nuh peyğəmbər və onun gəmisi ilə bağlı xeyli sayda folklor nümunəsi və toponim vardır. Lakin ermənilərdən fərqli olaraq, bu nümunələr dini çərçivədən kənara çıxaraq bir çox hallarda minilliklər öncə baş vermiş hadisələrin işartıları kimi xalq yaddaşında qorunub-saxlanılmaqdadır. Rəvayətə görə, tufan səngidikdən sonra Nuhun gəmisi Naxçıvanın şərq hissəsində yerləşən İlandağa Ordubad bölgəsindəki Ələngəz dağına və Araz çayı sahilindəki Kəmki dağının zirvələrinə toxunaraq keçmiş və Gəmiqayaya yan almışdı. Yerli əhali arasında geniş yayılmış rəvayətə əsasən, həmin gəminin qalıqları indi də buradakı “Ayı çuxuru” adlanan ərazidə qalmaqdadır”
Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda hündürlüyü 2412 metr olan tarixin bütün ağrılı sınaqlarından keçərək hələ də əzəmətini qoruyan bir dağ var. El arasında buna İlandağ, bəziləri İnandağ, bəziləri isə Haçadağ adlandarır. Həmişə dumanlı və təpəsindən buludların asıldığı kimi göründüyü üçün qədim döyüşçünün nəhəng dəbilqəsini xatırladır dağ. İlandağ barədə Şumerlərə aid olduğu ehtimal edilən əlyazmalarda da qeydlər var. Oğuz türkləri dövründə İlandağın qədim müşahidə məntəqəsi kimi istifadə edilib. Yaxınlaşan təhlükə haqqında burada yandırılmış ocaq vasitəsiylə Əlincə qalaya, oradan isə Çalxanqala və Şapurqala məlumat verilirmiş.
Burada tapılan Urartu dövrünə aid e.ə. 820 – 810 – cu illərə aid qədim mixi yazılardan aydın olur ki, ərazidə qədim dövrlərdən yaşayış olub. Dağın tarixi barədə yüzlərlə istinad və fakt yazmaq olar.
Bizim eranın II əsrində qədim yunan alimi Klavdi Ptolemey XI əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas əl-Şərifi, eradan əvvəl I əsrdə yaşamış yəhudi alimi İosif Flavi, Rus tədqiqatçılarından İ.Şopen, V.M.Sısoyev və K.N.Smirnov və digər alimlər qeyd edirlər ki, əfsanəvi tufandan sonra Nuh Naxçıvanda yaşamış və burada dəfn olunmuşdur.
Inanca görə, 7500 il bundan əvvəl baş vermiş daşqın zamanı Nuh və ona iman gətirənlərin mindiyi gəmi ilk dəfə Naxçıvanda quruya çıxmış və insanlar burada məskən salmışlar. Beləliklə, yeni nəsil buradan törəyərək artmışdır. Xalq arasında yayılmış və bu gün də mövcud olan inama görə, Naxçıvan şəhərinin cənubunda Nuhun, şimal qərbində isə bacısının qəbri var.
Dünya xəritəsinə nəzər salsaq, heç bir yerdə Azərbaycanın Naxçıvan Muxtar Respublikasında olduğu qədər Nuh peyğəmbərlə bağlı yer adlarına rast gəlmək mümkün deyil . Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda olan və eradan əvvəl 4-cü minilliyə aid edilən Gəmiqaya təsvirləri, Nəbi yurdu, Naxçıvan, Nehrəm, Nəhəcir, Nuhdaban, Nuhgədik və Peyğəmbərayağı, Haça dağ kimi yer adlarının, yaşayış məskənlərinin mövcudluğu Nuh peyğəmbərin bu torpaqda yaşamasının daha bir əyani sübutudur.
Rus tədqiqatçısı Nikitinin 1882-ci ildə Tiflisdə nəşr olunan”Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar» məcmuəsində nəşr olunan “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsində deyilir:
“Tufandan sonra…Nuh hazırda Naxçıvan şəhərinin yerləşdiyi yerdə məskən saldı. O, öz ailəsi ilə burada qərar tutdu. Və gələcək şəhərin əsasını qoydu. Şəhərin ilk məskunlaşma yeri mənasını bildirən adı da buradan meydana gəlmişdir”.
Naxçıvanda duz mağarası kimi tanınan və minillərdir duz çıxarılan mağarada aparılmış arxeoloji tədqiqatlar burada duz istehsalına minillər öncə, yəni təqribən Həzrət Nuh dövründən başlandığını göstərmişdir ki, bu da Ptolomeyin məlumatını təsdiq edir. Üstəlik də Duzdağ ərazisində aparılan son arxeoloji tədqiqalar nəticəsində məlum olub ki, həmin ərazi dünyada duzun ilk dəfə istehsal və tətbiq edildiyi ərazidir.
Alimlər təxminən 3000 il əvvəl gil lövhəyə həkk olunmuş dünyanın ən qədim xəritəsini deşifrə edərək, orada təsvirlər arasında “Nuhun gəmisinin” yerini əks olunmasını aşkar edib və qeyd edilən adlar Naxçıvan ərazisində mövcud arxaik adlarla uyğunluq təşkil edir.
Prof.Dr.Zaur Əliyev





















