image-1backend

“Qarabağ“ı İtaliya və Yunanıstan klublarından üstün tutdu – Milyonluq iddia doğrudurmu?

image-ads-728x90

“Zalaeqerseq”in (ZTE) müdafiəçisi Bençe Varkoni karyerasını Azərbaycanda davam etdirəcək.

24 yaşlı mərkəz oyunçusu “Qarabağ”la anlaşıb.

O, sabah komandanın Avstriyadakı düşərgəsinə qoşulacaq. Razılaşdırılan müqavilənin müddəti 3 ildir.

Macarıstan mediasının iddiasına görə, Ağdam klubu “Zalaeqerseq”ə 1 milyon avro təzminat ödəyəcək.

Bençe MTK akademiyasının yetirməsidir və 2021-ci ildə Macarıstan çempionatının yüksək liqasında debüt edib.

“Kozarmişlen”də carə əsasında çıxış etdikdən sonra üç il əvvəl ZTE-yə keçib. Əvvəlcə icarə əsasında komandaya qoşulan futbolçunun transfer hüquqları 2024-cü ilin yayında klub tərəfindən tam alınıb.

“Transfermarkt” portalının məlumatına görə, Varkoninin ZTE ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir və əlavə bir il uzadılma imkanı da nəzərdə tutulub.

Mərkəz müdafiəçisi ötən mövsüm Macarıstan çempionatında 30, ölkə kubokunda isə 6 oyunda meydana çıxıb. Ümumilikdə isə o, ölkə yüksək liqasında 83 qarşılaşmada forma geyinib.

«Qarabağ» Macarıstanın U-21 yığmasının sabiq üzvünü 1 il izləyərək, yekunda sıralarına qatmağa qərar verib.

Varkoniyə İtaliya və Yunanıstandan təkliflər olub, amma avrokubokların qrup mərhələsində oynamaq cazibəsi onu «köhlən atlar»a sarı çəkib.

Bir milyonluq təzminat iddiasına gəlincə, bəli, Premyer Liqamızın vitse-çempionu “Zalaeqerseq”ə ödəmə edəcək.

Sadəcə, həmin qədər yox. Ağdamlılar 800 min avro civarında bir vəsaitlə keçidin “başını bağlayıb“.sportinfo



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki