Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun Azərbaycanda səfəri başlayıb.
Korrekt.az xəbər verir ki, bu barədə TBMM-nin “X” sosial şəbəkə hesabında məlumat yayılıb.
“Onu müşayiət edən parlament heyəti Azərbaycan Milli Məclisinin ev sahibliyi ilə təşkil ediləcək İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏTPİ) 20-ci Konfransında iştirak etmək üçün getdiyi Azərbaycanın paytaxtı Bakıya çatıb”, – məlumatda bildirilib.
Qeyd olunub ki, onu Azərbaycan Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Əhliman Əmiraslanov, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Anar Məmmədov və Türkiyənin Bakıdakı səfiri Birol Akgün qarşılayıb.





















