image-1backend

Numan Kurtulmuş Azərbaycana gələcək

image-ads-728x90

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş 2026-cı il iyunun 23-24-də Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyinin (İSİPAB) 20-ci Konfransında iştirak etmək məqsədilə Azərbaycana səfər edəcək.

Korrekt.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisinin ev sahibliyi ilə təşkil olunacaq konfransda Kurtulmuşun bir sıra mühüm mövzular üzrə çıxış etməsi gözlənilir.

Səfər çərçivəsində TBMM sədri konfransda iştirak edən ölkələrin parlament rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlər də keçirəcək. Görüşlərdə regional və beynəlxalq gündəlikdə duran məsələlər, eləcə də parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərinin müzakirə olunacağı gözlənilir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki