Birinci Qarabağ müharibəsi şəhidi Ceyhun Tahir oğlu Hüseynovun şəhadətə ucalmasından 32 il ötür.
Bizim.Mediaxəbər verir ki, Ordubad rayonunun Gənzə kəndində şəhidin xatirəsi yad edilib.
Belə ki, Ceyhun Hüseynovun ailə üzvləri, yaxınları və kənd sakinləri şəhidinn məzarını ziyarət ediblər. Onlar məzara gül dəstələri qoyub, şəhidin ruhuna dualar ediblər.
Qeyd edək ki, Ceyhun Tahir oğlu Hüseynov 1975-ci il yanvarın 22-də Ordubadın Gənzə kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsinə qatılıb, bir sıra istiqamətlərdə gedən döyüş əməliyyatlarında iştirak edib. Ceyhun Hüseynov 1994-cü il aprelin 17-də Goranboy rayonun Talış kəndində gedən döyüşlərdə şəhid olub.
Xatırladaq ki, şəhidin adını daşıyan qardaşı oğlu Ceyhun Tofiq oğlu Hüseynov 2024-cü il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb. İyunun 11-də isə onun nəşi tapılıb.




























