image-1backend

Paşinyanı Ermənistanın xilaskarı adlandırmaq olar– Politoloq

image-ads-728x90

” Ermənistanda seçkilər ölkədaxili siyasi vəziyyəti xeyli gərginləşdirib. Hazırkı baş nazir Nikol Paşinyanın hakimiyyətdən getməsi üçün ona qarşı olan qüvvələr müxtəlif vasitələrə əl atırlar. Paşinyanın fəaliyyəti Ermənistanda mühüm dəyişikliklərə səbəb olub və o, mövcud şəraitdə ölkə üçün xilaskar rolunu oynayır. “– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloqun fikrincə, erməni cəmiyyətinin böyük hissəsi bunu anlayır, lakin radikal mövqedə olan dairələr, xüsusilə daşnak düşüncəli qruplar hələ də əvvəlki siyasətdən əl çəkmək istəmirlər.

“Paşinyan uzun illər davam edən düşmənçilik siyasətini zəiflətməyə çalışaraq Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına üstünlük verir. Bununla yanaşı, onun siyasəti Ermənistanın Rusiyadan asılılığını azaltmağa yönəlib.”- deyə Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, bu istiqamətdə atılan addımlar həm Ermənistan daxilindəki bəzi qüvvələri, həm də xarici qüvvələri – xüsusilə Rusiya və müəyyən Qərb dairələrini narahat edir.

Onun sözlərinə görə, əgər erməni cəmiyyəti düşmənçilik siyasətinin faydasız olduğunu rasional şəkildə dərk etsə, ölkə daha sabit və inkişaf yönümlü yola çıxa bilər.
“Mövcud siyasi şəraitə baxmayaraq, Paşinyanın növbəti seçkilərdə yenidən qələbə qazanmaq ehtimalı yüksəkdir.”- deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki