image-1backend

Paytaxt sakinini döyərək telefonunu ələ keçirən şəxslər saxlanılıb

image-ads-728x90

Paytaxtın Nəsimi rayonunda quldurluq cinayəti qeydə alınıb. Naməlum şəxslər axşam saat 20 radələrində zərərçəkənə fiziki zor tətbiq edərək 2500 manat dəyərində mobil telefonunu ələ keçiriblər. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən A.Nəcəfzadə, A.Qurbanlı, N.Bayramov, M.Məmmədov, R.Əzizov və Ş.Bağırov müəyyən olunaraq saxlanılıblar.

Digər tədbirlə Alatava qəsəbə sakininin evindən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən F.Ramazanov da tutulub.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki