Korrekt.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov sentyabrın 24-də Ermənistanın baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Moskvaya səfər edəcək.
“Əvvəlki kimi, indi də belə bir səfərin yaxın gələcəkdə baş tutacağı barədə anlaşma var”, – deyə o, brifinq zamanı bildirib.
Peskov səfərin dəqiq tarixinin hələ razılaşdırılmadığını aydınlaşdırıb. O, həmçinin qeyd edib ki, Moskva Ermənistanın suveren hüquqlarına hörmətlə yanaşır, lakin respublika Avrasiya İqtisadi Birliyi çərçivəsində inteqrasiya prosesinin iştirakçısı olmağa davam edir.




















