image-1backend

Peskov: Putin və Tramp arasında  telefon danışığı olacaq

image-ads-728x90

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığının çox yaxın vaxtlarda həyata keçiriləcəyi açıqlanıb. Korrekt.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.

Peskov Trampın Vladimir Zelenski ilə görüşündən sonra Rusiyanın və ABŞ-ın liderləri arasında yeni telefon danışığının vaxtı ilə bağlı suala “çox yaxın gələcəkdə” cavabını verib.

Xatırladaq ki, daha əvvəl 28 dekabr 2025-ci il tarixində Putin və Tramp arasında telefon danışığı baş tutmuşdu. ABŞ lideri isə Rusiya Prezidenti ilə yeni telefon görüşünün mümkün vaxtı və yeri barədə müzakirələr apardığını təsdiqləmişdi.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki