image-1backend

Pezeşkian: “Dialoqa hazır olduğumuz vaxt belə bizə hücum etdilər”

image-ads-728x90

İran prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında çıxış edərək ölkəsinin hücumlara baxmayaraq dialoqa hazır olduğunu bildirib.

Korrekt.az xəbər verir ki, Pezeşkian bu ilin əvvəlində həyata keçirilən hücumlar zamanı İran məktəblərindən birinin də hədəfə alındığını deyib. Onun sözlərinə görə, ilk zərbədən sonra hadisə yerinə təcili yardım qrupları gəlib, lakin təxminən yarım saat sonra əraziyə ikinci zərbə endirilib. Prezident uşaqlara qarşı hücumun heç vaxt əsaslandırıla bilməyəcəyini vurğulayıb.

İran prezidenti ölkəsinin baş verənləri beynəlxalq platformalarda və mediada daha fəal şəkildə gündəmə gətirməli olduğunu bildirib.

“Biz İranın haqlı olduğuna inanırıq. Dünyada İranın danışıqlardan imtina etdiyi təəssüratının yaranmaması üçün dəfələrlə dialoqa hazır olduğumuzu bəyan edirik. Hər dəfə danışıqlar masasına əyləşdiyimiz zaman hücuma məruz qalmışıq, buna baxmayaraq, yenə də dialoqa hazırıq”, – deyə Pezeşkian bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki