Böyük Britaniya hökuməti, ölkənin büdcəsini artırmaq məqsədilə xaricdəki bəzi dövlət əmlaklarını, o cümlədən səfirlik binalarını və diplomatlar üçün olan mənzilləri satmağı planlaşdırır. Korrekt.az xəbər verir ki, bu barədə Politico nəşri hökumət sənədləri ilə tanış olduqdan sonra məlumat verib.
Sənədlərə əsasən, Böyük Britaniyanın xaricdə təxminən 6,5 min əmlakı var və bu əmlakların ümumi dəyəri 2,5 milyard funt-sterlinq təşkil edir. Lakin, çox sayda bu binalar hazırda pis vəziyyətdədir. Hökumət, dövlət əmlaklarından daha effektiv istifadə etməyi və “azad ediləcək aktivlər” tapmağı planlaşdırır.
Satılacaq əmlaklar, hökumət tərəfindən artıq “lazımsız” hesab edilən obyektlər olacaq.
Bundan əvvəl, Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat xidməti, Böyük Britaniyanın iqtisadiyyatını hazırda yalnız davam edən Ukrayna münaqişəsinin dəstəklədiyini bildirmişdi.





















