Korrekt.az xəbər verir ki, dünən ABŞ-də açıqlanan yeni Milli Təhlükəsizlik Strategiyası sənədində qeyd olunur ki, Tramp administrasiyası HƏMAS-ın 2023-cü il 7 oktyabr hücumunun İran və regiondakı nümayəndələrinin gücünü ciddi zəiflətdiyini hesab edir.
“Politico”nun təhlilinə görə, ABŞ rəsmiləri İsrailin iki il əvvəlki cavab əməliyyatları, HƏMAS və Hizbullah liderlərinin hədəfə alınması, eləcə də İranın hərbi və nüvə obyektlərinə həyata keçirilən zərbələrin Tehranın regional mövqeyini xeyli sarsıtdığını bildirirlər.
Sənəddə vurğulanır ki, Tramp hökumətinin yanaşması xarici siyasəti əsasən Qərb yarımkürəsinə yönəldir və ABŞ-a birbaşa təhlükə hesab olunan qanunsuz immiqrasiya, narkotik ticarəti və Venesuela kimi ABŞ əleyhinə rejimlərlə mübarizəyə prioritet verir.





















