image-media-media-1-3x5neipm7ha41cktsv0j-pvaiuw81zc3hsegr79jfbackend

Politoloq: “Azərbaycan və Özbəkistan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub”

image-ads-728x90

“Azərbaycan və Özbəkistan arasında imzalanan Əbədi Dostluq haqqında Müqavilə iki ölkə arasında münasibətlərin bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirir”.- bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin kökləri qədim tarixə, ortaq dilə, mədəniyyətə və mənəvi dəyərlərə dayanır. O qeyd edib ki, iki xalqı birləşdirən tarixi və milli bağlar dövlətlərarası əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradıb.

“Biz eyni türk soyunun övladlarıyıq. Azərbaycan və Özbəkistan xalqları arasında tarixən mövcud olan qardaşlıq münasibətləri bu gün dövlətlərarası əlaqələrdə də özünü aydın şəkildə göstərir. İmzalanan Əbədi Dostluq haqqında Müqavilə münasibətlərimizin yüksək səviyyəsinin hüquqi ifadəsidir”, – deyə Arzuman Muradlı vurğulayıb.

Politoloq bildirib ki, Özbəkistan bu gün sürətli inkişaf yolu keçən, regionda iqtisadi və siyasi çəkisi artan ölkələrdən biridir. Onun sözlərinə görə, Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın iqtisadi, investisiya, nəqliyyat, turizm və mədəni-humanitar sahələrdə genişlənməsi xüsusi əhəmiyyət daşıyır.

“Bu gün Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinin iqtisadi və mədəni sahələrdə də sürətlə inkişaf etdiyini görürük. Qarşılıqlı ticarətin, investisiyaların, nəqliyyat əlaqələrinin və humanitar əməkdaşlığın genişləndirilməsi iki ölkənin xalqlarına yeni imkanlar yaradır”, – politoloq qeyd edib.

Arzuman Muradlı hesab edir ki, Azərbaycan-Özbəkistan münasibətlərinin bundan sonra da strateji istiqamətdə inkişaf etməsi Türk dünyasında həmrəyliyin və qarşılıqlı əməkdaşlığın güclənməsinə mühüm töhfə verə bilər.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki