image-media-1-3x5neipm7ha41cktsv0jbackend

Politoloq:” Bu rəsmi Tehranın növbəti qərəzidir”

image-ads-728x90

Politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, İranın Azərbaycan Televiziyasını (AzTV) “düşmən media qurumları” siyahısına daxil etməsi heç bir məntiqlə izah oluna bilməz və bu, rəsmi Tehranın Azərbaycana qarşı növbəti qərəzli addımıdır.

Onun sözlərinə görə, bu qərar İranın dostluq və mehriban qonşuluq münasibətləri ilə bağlı verdiyi bəyanatlarla ziddiyyət təşkil edir.

“İranın Azərbaycan Televiziyasını düşmən kimi siyahıya salması heç bir məntiqlə başa düşülən deyil. Rəsmi Tehran bununla bir daha öz çirkin niyyətini ortaya qoyur. Bu addım əslində səmimi dostluq prinsiplərinə tamamilə ziddir”, – deyə politoloq vurğulayıb.

Arzuman Muradlı qeyd edib ki, son illər İran mediasında Azərbaycana qarşı təxribat xarakterli materialların yayımlanması adi hala çevrilib.

“Mütəmadi olaraq İran mediasında Azərbaycana qarşı təxribat dolu materiallar yayımlanır. Belə bir şəraitdə Azərbaycan mediasını hədəfə almaq iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət etmir və qarşılıqlı etimad mühitinə zərbə vurur”, – deyə o bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki