image-media-media-1-3x5neipm7ha41cktsv0j-pvaiuw81zc3hsegr79jfbackend

Politoloq: “Ermənistan və Azərbaycanın yaxınlaşması Kremlin maraqlarına xidmət etmir”

image-ads-728x90

“Ermənistan və Azərbaycanın yaxınlaşması rəsmi Kremlin maraqlarına xidmət etmir. Məhz bu səbəbdən Rusiyanın təbliğat maşını Azərbaycan və Ermənistana qarşı çirkin kampaniya aparır”.

Korrekt.az xəbər verir ki, bu fikirləri açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloqun sözlərinə görə, son günlər Rusiya mediasında Azərbaycan və Ermənistana qarşı aparılan təbliğat kampaniyası təsadüfi deyil və bu proses Kremlin siyasi maraqları çərçivəsində həyata keçirilir.

“Rusiyanın müxtəlif media orqanlarında azərbaycanlılara və ermənilərə qarşı aparılan təbliğat, eyni zamanda Rusiyanın Cənubi Qafqazda hakimiyyət iddialarını ortaya qoyan yanaşmalar göstərir ki, müəyyən dairələr hələ də özlərinin ‘Böyük qardaş’ ambisiyalarından qurtula bilməyiblər”, – deyə Arzuman Muradlı vurğulayıb.

Politoloq qeyd edib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinin irəliləməsi Cənubi Qafqazda yeni reallıqlar formalaşdırır. Onun fikrincə, bu reallıqlar regionda təsir imkanlarını qorumağa çalışan bəzi dairələrin maraqları ilə ziddiyyət təşkil edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki