image-media-1-2i56fmzwsoyvpragj317backend

Politoloq: “İran hakimiyyəti ölkənin gələcəyi üçün idarəçiliyi yeni nəslə ötürməlidir”

image-ads-728x90

” İranın hazırkı geosiyasi vəziyyəti, daxili gərginliklər və mümkün diplomatik həll yolları mümkündür. Hər hansı bir beynəlxalq anlaşma zamanı Tehranın əsas prioriteti öz suverenliyini və strateji ərazilər üzərindəki nəzarətini saxlamaq olacaq.”- bu fikirləri saytımıza açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Arzuman Muradlının sözlərinə görə, İran xüsusilə Hörmüz boğazı kimi mühüm nöqtələrdə mövqelərini itirməmək üçün sona qədər mübarizə aparacaq.

“Lakin mövcud gərginlik hərbi müstəviyə keçərsə, risklər qat-qat artır. Müharibənin davam etməsi İranın bir dövlət kimi varlığını ciddi təhlükə altına qoyur. İstənilən razılaşma masasında İranın ərazi bütövlüyünün və suverenliyinin qorunması ən kritik mövzu kimi qalacaq.“- deyə politoloq bildirib.

Politoloq ölkə daxilindəki etirazlar və insan haqları ilə bağlı vəziyyətə də toxunaraq, rəsmi rəqəmlərlə reallıq arasındakı uçuruma diqqət çəkib. O qeyd edib ki, rəsmi Tehran 3 mindən artıq etirazçının öldüyünü etiraf etsə də, qeyri-rəsmi mənbələr bu rəqəmin on minlərlə olduğunu göstərir.

“Suriya təcrübəsi sübut edir ki, böyük qanlar tökərək hakimiyyətdə qalmaq mümkün deyil. Bu yol seçildikdə həm rəhbərlik, həm də ölkə faciəvi nəticələrlə üzləşir.”

Arzuman Muradlı hesab edir ki, İranın həm özünü, həm də dövlətçiliyini qorumasının yeganə yolu hakimiyyətin yenilənməsidir: “Mövcud hakimiyyət elitası ölkənin mənafeyini düşünərək kənara çəkilməlidir. İdarəçilik yeni nəsil, müasir baxışlı insanlara ötürülməlidir.Yalnız daxili islahatlar və dinc hakimiyyət dəyişikliyi ölkəni gözlənilən böyük fəlakətlərdən sığortalaya bilər.”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki