“İrəvanda Türkiyə bayrağının yandırılması hadisəsi təxribat xarakteri daşıyır.” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Onun sözlərinə görə, erməni cəmiyyətində bəzi qüvvələr hələ də revanşist ideyalardan əl çəkməyib və bu, regionda sabitliyə ciddi təhdid yaradır. Politoloq qeyd edib ki, xüsusilə daşnak düşüncəsinə bağlı qruplar köhnə və reallıqdan uzaq ideyaları yenidən gündəmə gətirməyə çalışırlar.
“Ermənilər daşnakların sərsəm ideyalarından uzaqlaşmalıdırlar. 44 günlük Vətən müharibəsində Qarabağda revanşist ermənilərin məğlubiyyəti artıq bu yanaşmanın iflas etdiyini göstərdi. Paşinyan hakimiyyəti dövründə müəyyən mənada yaxınlaşma müşahidə olunur. Azərbaycan tərəfindən Ermənistana bəzi yüklərin göndərilməsinə başlanılıb. Bu, normallaşma istiqamətində atılan addımlardandır,” – deyə o bildirib.





















