image-1backend

Politoloq : “Kreml indi çətin durumdadır”

image-ads-728x90

“Rusiya Ukraynaya qarşı apardığı müharibədə ciddi itkilərlə üzləşsə də, Kreml ölkə daxilində vəziyyətin normal olduğu təəssüratını formalaşdırmağa çalışır.  Ukrayna ordusunun Rusiya ərazisinin dərinliklərinə yönələn hücumlarının intensivləşməsinə baxmayaraq, Prezident Vladimir Putin ictimai çıxışlarında və beynəlxalq tədbirlərdə bu reallığı ön plana çıxarmır.”– bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, Putin müxtəlif beynəlxalq forumlarda iştirak edərək iqtisadi əməkdaşlıq və tərəfdaşlıq mövzularından danışır. Halbuki, Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın Qərb ölkələri ilə əməkdaşlıq imkanları xeyli məhdudlaşıb. Bu səbəbdən Moskva əsas diqqətini Asiya və digər qeyri-Qərb ölkələri ilə əlaqələrin genişləndirilməsinə yönəldib.

Arzuman Muradlının sözlərinə görə, hazırda Rusiya daha çox Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand, Filippin və Şərqi Timor kimi dövlətlərlə əməkdaşlıq platformalarında fəallıq göstərir.

O bildirib ki, Kazanda keçirilən sammit zamanı Ukrayna pilotsuz uçuş aparatları Moskva ətrafındakı yanacaq infrastrukturunu hədəfə alırdı. Buna baxmayaraq, Putin çıxışında nə müharibəyə, nə də Ukraynanın həyata keçirdiyi hücumlara toxunub.

“Kremlin əsas məqsədi Rusiyanın beynəlxalq təcrid vəziyyətində olmadığını nümayiş etdirməkdir. Bu baxımdan həm Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu, həm də Kazanda keçirilən beynəlxalq tədbirlər Moskvanın siyasi imic strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər. Maraqlıdır ki, Sankt-Peterburq forumu zamanı da Ukrayna dronlarının şəhər yaxınlığındakı enerji obyektlərinə hücumları qeydə alınmışdı.Putin Kazan forumu çərçivəsində bir sıra Asiya ölkələrinin liderləri ilə görüşlər keçirib və ASEAN məkanından olan biznes dairələrinin tədbirdə iştirakını xüsusi olaraq önə çəkib. Onun fikrincə, bu addımlar Rusiyanın yeni iqtisadi və siyasi tərəfdaşlar axtardığını göstərir.Kazan sammitində baş verənlər Rusiyanın həm beynəlxalq təcrid görüntüsünü zəiflətmək, həm də Çin qarşısında əlavə siyasi rıçaqlar formalaşdırmaq niyyətindən xəbər verir.”- deyə Arzuman Muradlı bildirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki