Korrekt.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin India Today telekanalına verdiyi müsahibədə T-90 tanklarını dünyanın ən yaxşı tanklarından biri adlandırıb. Lakin mütəxəssislər qeyd edirlər ki, dronların müharibələrdə effektiv istifadəsi nəticəsində tanklar dünya hərbi sənayesində əhəmiyyətini bir qədər itirib və alışları azalıb.
Oktyabr ayında isə Telegram kanalı Военная хроника, Ukrayna mənbəsi Frontelligence Insight-a istinadən, Rusiyanın müxtəlif modifikasiyalı T-90 tanklarının istehsalını iki dəfə artırmağı planlaşdırdığını xəbər verib. Ekspertlər hesab edir ki, Putinin Hindistana səfəri ərəfəsində bu məlumatın yayılması tankların Hindistana satışı ilə bağlıdır.
Eyni zamanda, qərb nəşri Military Watch Magazine bildirir ki, modernləşdirilmiş T-90M “Proryv” tankı bir sıra yeniliklərlə təchiz olunub, bu da onun müdafiə qabiliyyətini və döyüş effektivliyini artırır, eyni zamanda əvvəlki nəsil tanklara xas təmir və texniki qulluq imkanlarını qoruyub saxlayır





















