image-gsbackend

“Qalatasaray”dan möhtəşəm qələbə: “Yuventus” darmadağın edildi

image-ads-728x90

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İstanbulda keçirilən Qalatasaray – Yuventus qarşılaşması bol qollu və dramatik keçib.

Korrekt.az xəbər verir ki, “Rams Park” stadionunda baş tutan oyuna sürətli başlayan meydan sahibləri 15-ci dəqiqədə hesabı açıblar. Braziliyalı yarımmüdafiəçi Qabriel Sara dəqiq zərbə ilə komandasını önə çıxarıb.

Lakin qonaqların cavabı gecikməyib. Cəmi bir dəqiqə sonra, 16-cı dəqiqədə Turin təmsilçisinin hollandiyalı futbolçusu Teun Kopmayners hesabı bərabərləşdirib – 1:1.
32-ci dəqiqədə isə Kopmayners dubla imza ataraq “Yuventus”u hesabda irəli çıxarıb və ilk hissə qonaqların üstünlüyü ilə başa çatıb.
İkinci yarıda oyun tamamilə dəyişib. 49-cu dəqiqədə Noa Lanq tarazlığı bərpa edib. 60-cı dəqiqədə Davinson Sançez “Qalatasaray”ı yenidən önə keçirib.

Matçın dönüş nöqtələrindən biri 68-ci dəqiqədə yaşanıb. “Yuventus”un futbolçusu Xuan Kabal 8 dəqiqə ərzində iki sarı vərəqə alaraq meydandan qovulub və komandasını azlıqda qoyub.
Bundan sonra üstünlüyünü daha da artıran İstanbul təmsilçisi 74-cü dəqiqədə Noa Lanqın ikinci qolu ilə fərqi böyüdüb.
Oyunun son nöqtəsini isə 86-cı dəqiqədə Saşa Boey qoyub.

Beləliklə, “Qalatasaray” güclü rəqibi “Yuventus” üzərində inamlı qələbə qazanaraq növbəti mərhələyə doğru mühüm addım atıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki