image-1backend

Qəzzanın taleyi həll OLUNUR: Netanyahu  Trampla GÖRÜŞƏ GEDİR  

image-ads-728x90

İsrailin baş naziri Benyamin Netanyahu, Qəzzanın gələcəyi ilə bağlı planları müzakirə etmək üçün dekabrın 29-da ABŞ Prezidenti Donald Trampla ABŞ-da görüşəcək. Korrekt.az The Times of Israel-ə istinadən  xəbər verir ki, görüşdə gələcək addımlar və mərhələlər, həmçinin atəşkəs planı üçün beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılması müzakirə ediləcək.

Hökumət sözçüsü Şoş Bedrosyanın verdiyi məlumata görə, Netanyahu və Trampın görüşü ABŞ-da baş tutacaq. Bu, Netanyahu-nun Trampın bu ilin əvvəlində vəzifəyə başlamasından sonra beşinci dəfəki səfəri olacaq. Bundan əvvəl, Tramp administrasiyasının Qəzza zolağında atəşkəs əldə etməsindən sonra isə bu, ilk görüş olacaq.

Netanyahu dekabrın 28-dən yanvarın 4-dək ABŞ-a səfər etməyi planlaşdırır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki