Dünya futbolunun əfsanəsi Lionel Messinin növbəti “Qızıl top” mükafatını qazanmaq şansları populyar proqnoz platforması “Polymarket”də yenidən yüksəlişə keçib.
Offsideplus.az xəbər verir ki, son məlumatlara görə, argentinalı ulduzun bu nüfuzlu mükafatı əldə etmək ehtimalı artıq 8%-ə çatıb.
Hazırda reytinqdə yalnız beş futbolçu ondan öndə qərarlaşıb. Lionel Messini qabaqlayan yeganə oyunçular “Bayern Münhen”in hücumçusu Harri Keyn, “Barselona”nın gənc ulduzu Lamin Yamal, “Real Madrid”in fransalı forvardı Kilian Mbappe, həmçinin fransalı digər ulduzlar – “Bayern Münhen”dən Maykl Olise və “Paris Sen-Jermen”dən Usman Dembeledir.
Ekspertlər qeyd edirlər ki, Messinin Avropa futbolundan uzaqda, “İnter Mayami” klubunda çıxış etməsinə baxmayaraq, hələ də siyahının ön sıralarında yer alması onun beynəlxalq arenadakı sarsılmaz nüfuzunun növbəti göstəricisidir.





















