image-1backend

Qohumunun evindən 20 min manatlıq oğurluq edən şəxs saxlanılıb

image-ads-728x90

Xətai rayonunda yerləşən evlərin birindən naməlum şəraitdə 15000 manat nağd pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Korrekt.az xəbər verir ki, Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qohumu olan 30 yaşlı İ.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən olunub ki, o, müxtəlif vaxtlarda evə daxil olaraq hissə-hissə pul və qızıl-zinət əşyalarını oğurlayıb. Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki