Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı və BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub. Tərəflər ABŞ və İsrailin İrana hücumlarından sonra Yaxın Şərqdə yaranan son vəziyyəti müzakirə ediblər.
Əraqçı bildirib ki, İran beynəlxalq hüququn tanınmış normalarına əsaslanaraq və qanuni özünümüdafiə hüququ çərçivəsində hərəkət edir. O, ölkə vətəndaşlarının təhlükəsizliyinin qorunmasının İran üçün fundamental məsuliyyət olduğunu vurğulayıb.
Nazir BMT-ni və Təhlükəsizlik Şurasını İrana qarşı hücumları açıq şəkildə pisləməyə və daha məsuliyyətli mövqe tutmağa çağırıb.
Quterreş isə beynəlxalq hüquq prinsiplərinə hörmətlə yanaşmağın və gərginliyin artmasının qarşısını almağın vacibliyini vurğulayıb. O, bildirib ki, İranın özünü müdafiə etmək hüququna şübhə yoxdur və münaqişənin daha da genişlənməsinin qarşısı alınmalıdır.





















