AQTİ-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
Ramazan Əli oğlu Nəbiyev Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyətinin sədri təyin olunub.
Korrekt.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli əmr imzalayıb.
R. Nəbiyev 2018-ci ildən etibarən AQTA-da məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, İdxal və ixraca nəzarət şöbəsinin və Qida təhlükəsizliyi şöbəsinin müdiri vəzifələrində çalışıb. Bu təyinatadək AQTİ-nin İdarə Heyətinin sədrinin müavini olub.






















