Real Madrid klubunda transfer planları ilə bağlı maraqlı iddia irəli sürülüb. Məlumata görə, Vinisius Junior yeni müqavilə imzalamayacağı təqdirdə, “Kral klubu” braziliyalı vingeri yay transfer pəncərəsində satışa çıxarmağı planlaşdırır.
Korrekt.az xəbər verir ki, xəbərə əsasən, “Los Blankos” Vinisiusun transferindən təxminən 100 milyon avro gəlir əldə etməyi hədəfləyir. Klub rəhbərliyi bu vəsaiti PSJ-nin yarımmüdafiəçisi Vitinyanın mümkün transferi üçün istifadə etməyi düşünür.
Qeyd olunur ki, Real Madrid Portuqaliya millisinin üzvünü heyətini gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir.





















