İspaniyanın “Real Madrid” klubu “RB Leypsiq”in cinah oyunçusu Yan Diomandenin transferini başa çatdırıb.
Korrekt.az xəbər verir ki, məşhur insayder Fabrizio Romanonun yaydığı məlumata görə, tərəflər futbolçunun transferi ilə bağlı 100 milyon avrodan artıq məbləğ qarşılığında razılıq əldə ediblər.
Bildirilib ki, Yan Diomande bu həftə tibbi müayinədən keçmək və “Real Madrid”lə 2031-ci ilin iyun ayınadək nəzərdə tutulan müqaviləyə imza atmaq üçün Madridə yollanacaq.
Qeyd edək ki, transferin yaxın günlərdə rəsmi şəkildə açıqlanacağı gözlənilir.





















