image-1backend

Rusiya döyüş müydanını genişləndirir: Moldova ilə sərhəd keçid məntəqəsinə zərbə endirdi

image-ads-728x90

Rusiya qüvvələrinin Ukraynanın Odessa vilayətinə PUA hücumu nəticəsində Moldova ilə sərhəddə yerləşən beynəlxalq keçid məntəqəsinin infrastrukturu zədələnib.

Korrekt.az xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, avqustun 21-nə keçən gecə Rusiya qüvvələri Odessa vilayətinin Bolhrad və İzmail rayonlarına “Shahed” tipli hücum dronları ilə zərbələr endirib.

Hücumun əsas hədəflərindən biri Moldova ilə sərhəddə yerləşən Tabaki beynəlxalq nəzarət-buraxılış məntəqəsi olub.

Sərhəd keçidi müvəqqəti dayandırılıb
Hücum nəticəsində keçid məntəqəsinin bina və qurğularına ziyan dəyib. Obyektlərdə baş verən yanğınlar Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları tərəfindən lokallaşdırılıb.

Hazırda Tabaki keçid məntəqəsindən nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.

Ukrayna tərəfi hadisə barədə Moldova hakimiyyətini məlumatlandırıb. Sərhədi keçməyi planlaşdıran vətəndaşlardan mövcud vəziyyəti nəzərə almaları xahiş olunub.

Nəqliyyat vasitələri digər sərhəd-keçid məntəqələrinə yönləndirilir.

Son günlər Odessa vilayəti Rusiya qüvvələrinin hücumlarının əsas istiqamətlərindən birinə çevrilib.

Bundan əvvəl bölgənin liman infrastrukturuna endirilən zərbə nəticəsində Toqo bayrağı altında üzən mülki gəmi zədələnib. Hücum zamanı dörd nəfərin yaralandığı, onlardan üçünün xəstəxanaya yerləşdirildiyi bildirilib. Yaralılardan birinin vəziyyətinin ağır olduğu qeyd olunub.

Odessa vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Kiper yaralılara lazımi tibbi yardım göstərildiyini bildirib.

Bundan əlavə, avqustun 20-də Rusiya qüvvələrinin kütləvi hücumu zamanı Moldova ilə sərhəddə yerləşən digər infrastruktur obyektlərinin də PUA-larla hədəfə alındığı bildirilib.

Ukrayna tərəfi bu hücumların regionda həm nəqliyyat əlaqələrinə, həm də sərhəd təhlükəsizliyinə ciddi təsir göstərdiyini qeyd edir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki