image-2backend

Rusiya  Ukraynaya qarşı döyüşmək üçün  İrandan muzdlular TOPLAYIR  -FAKTLAR

image-ads-728x90

İranın “55Online” saytı xəbər verir ki, Rusiya Ukrayna müharibəsi üçün İran vətəndaşlarını orduya cəlb etmək məqsədi ilə Tehranda iş elanı yayıb.

Korrekt.az xəbər verir ki, elan Rusiyanın hərbi strukturları adından yayılıb və müraciət edənlərə yüksək məbləğdə ilkin ödəniş və aylıq maaş vəd olunur.

Təlimlərin Rusiyanın Ufa şəhərində keçiriləcəyi, iştirakçılar üçün dil kurslarının da təşkil ediləcəyi qeyd olunub.

Xidmət şərtləri (elan üzrə): • İlkin ödəniş: 20.000 ABŞ dolları;

• Aylıq maaş: 2.000 ABŞ dolları;

• Müqavilə sonrası birdəfəlik ödəniş: 1.400.000 – 1.700.000 rubl;

• Aylıq ödənişlər: 210.000 rubl və yuxarı (vəzifədən asılı olaraq);

• Yaş həddi: 18–45 yaş;

• Yalnız İran pasportu olan kişilər qəbul edilir;

• Qadınlar yalnız ali tibb təhsili olan halda qəbul olunur;

• Xidmət sahələri: hücum bölmələri, dron operatorluğu, sürücülük və digər hərbi ixtisaslar;

• Xidmət ərazisi: aktiv döyüş zonaları.

image-1



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki