image-erdoganbackend

Türkiyə lideri Bakıya buna görə gəlir

image-ads-728x90

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də Zəfər Günü münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Azərbaycana gəlməsi doğru qərardır”.

Korrekt.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“İki müttəfiq arasında hər hansı səbəbdən gərginlik yaranırsa, bunun aradan qaldırılmasını uzatmaq lazım deyil. 2009-cu ildə də belə olmuşdu. Həmin il Türkiyənin o zamankı xarici işlər naziri Əhməd Davudoğlu “Qonşularla sıfır problem” konsepsiyası əsasında Ermənistanla sərhədi açmaq məqsədilə İsveçrədə protokolları imzaladıqda, bu, rəsmi Bakının narazılığına səbəb olmuşdu. Çünki Türkiyə Azərbaycan torpaqlarının işğalı səbəbindən Ermənistanla sərhədi bağlamışdı”, – ekspert bildirib.

Elxan Şahinoğlu qeyd edib ki, o zaman – Azərbaycanın ərazi bütövlüyü təmin olunmadığı halda Türkiyənin Ermənistanla sərhədi açmağa hazırlaşması anlaşılan deyildi:

“Nəticədə Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yarandı. Türkiyənin o zamankı Baş naziri Rəcəb Tayyib Ərdoğan gərginliyi aradan qaldırmaq üçün 2009-cu ilin may ayında Bakıya gəldi və Milli Məclisdə çıxış etdi. Rəcəb Tayyib Ərdoğan çıxışında bildirdi ki, Azərbaycan ərazi bütövlüyünü təmin etməyənə qədər Türkiyə Ermənistanla sərhədi açmayacaq. Dediyi kimi də oldu. Münasibətlər əvvəlki axarına qayıtdı.

Bu dəfə də iki ölkə arasında gərginliyin aradan qaldırılması üçün Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəlməyi lazım bilib. Bu səfər də münasibətlərdəki mövcud suallara aydınlıq gətirməlidir. Ancaq son böhran onu da göstərdi ki, bir-birlərinin daxili işlərinə qarışmamaq şərtilə müttəfiq dövlətlər arasında koordinasiyanın gücləndirilməsinə ehtiyac var”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki