image-1backend

Ruben Rubinyan: Müxalifətin leksikonundan “Əliyev”, “Türk”, “Azərbaycanlı”, “300.000”, “xain” və “satqın” sözlərini çıxarsaq, nə qalar?

image-ads-728x90

Ermənistan parlamentinin spikeri Ruben Rubinyan sosial şəbəkədə erməni revanşist müxalifətinin ən çox gətirdiyi şüar və arqumentlədən danışıb:

“Əgər müxalifətin leksikonundan “Əliyev”, “Türk”, “Azərbaycanlı”, “300.000”, “xain” və “satqın” sözlərini çıxarsanız, cümlələrində yalnız “salam” və “sağ ol” sözləri qalacaq.

Və əgər onların motivasiyasından pul anlayışını çıxarsanız, onlar əbədi olaraq susacaqlar. Çünki onlar bu sözlərlə qanunsuz aktivlərini qorumaq və saxlamaq üzrə mütəxəssisə çevriliblər. Məsələn, kimsə prezident vəzifəsində çalışmış və ya dövlət məmuru olmuş, yalnız dövlət maaşı almış ola bilər, amma heç kim onun necə milyonçu və ya milyarder olduğunu bilmir. Bəs onlar nə edirlər? Niyə milyonçu və ya milyarder olduqlarını, ittiham olunduqları cinayətləri niyə törətdiklərini izah etmək və ya özlərini haqlı çıxarmağa çalışmaq əvəzinə, dərhal “Türk”, “Azərbaycanlı”, “xain”, “Əliyev”, “Səfərov” və s. qışqırmağa başlayırlar.

Reallıq budur! Və təəssüf ki, söhbət yalnız müxalifətin oğurladığı naz-neyməti qorumaqdan getmir. Söhbət həm də müxalifətin siyasətinin Ermənistanın siyasəti kimi qəbul edilməsindən gedir – yəni daxildə talançılıq etmək və xaricdə sülhün qarşısını almaq üçün əlimizdən gələni etmək – onda fəlakətlə üzləşəcəyik. Bu baxımdan, 7 iyun seçkilərində demokratiyanı və sülhü müdafiə etməyimiz əladır, amma sülhü belələrindən, heç bilmirəm onları necə adlandırı… bu qəribə insanlardan müdafiə etməyə davam etməliyik”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki