Korrekt.az xəbər verir ki, Suriyanın son baş naziri Məhəmməd əl-Cəlali “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib ki, Bəşar Əsəd rejiminin süqutundan iki gün əvvəl İran diplomatik missiyası və hərbi qüvvələri Suriyadan çıxarılıb.
Onun sözlərinə görə, Suriya ordusu döyüşməkdən çəkinib, Rusiya və İran qüvvələri isə müdafiə üçün kifayət etməyib. Məlumata əsasən, İran təyyarəsinin Hmeymim bazasına enməsinə icazə verilməyib, SEPAH bölmələrinə çıxış əmri verilib.
Bundan öncə hərbi qüvvəsi azalan Hizbullah da müdaxilə edə bilməyib.
Suriyanın hazırkı prezidenti Əhməd əş-Şara isə ruslarla danışıqlar aparıldığını və müdaxilənin olmayacağına dair razılaşma əldə edildiyini açıqlayıb.





















