image-1backend

“Sabah” da milyonluq transfer edir!

image-ads-728x90

Tarixində ilk dəfə ölkə çempionatının qalibi olan “Sabah” mövsümə Çempionlar Liqasından başlayacaq. Həm avrokuboklarda, həm də çempionatda uğurlu nəticə qazanmağı hədəfləyən “bayquşlar” bunun üçün heyətini gücləndirir.

Korrekt.az xəbər verir ki, transfermarktın iddiasına görə “Sabah” Yosef Kvidanı transfer edir. Bunun üçün həm futbolçu, həm də klubu – “Apollon”la razılıq əldə olunub.

Kvida 196 sm boya malikdir, mərkəz müdafiəçisidir.

29 yaşlı stoper cari mövsümdə 36 mümkün oyunun 34-də meydanda olub, 5 qol vurub. Aqressivliyi ilə seçilən çexiyalı müdafiəçi 8 dəfə sarı vərəqə ilə cəzalanıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki