image-2backend

Sabirabadda şairə, esseist Şahnaz Şahinlə görüş keçirilib- FOTO

image-ads-728x90

İyunun 4-də Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Sabirabad rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Hophopnamə Kitab Mərkəzində Prezident mükafatçısı, Beynəlxalq Rəsul Rza mükafatı laureatı şairə, esseist Şahnaz Şahinin “Şəkkizinci not” adlı yaradıcılıq gecəsi və “Səkkizinci not”, “Şahlar”, “Qaraciyərinlə gülümsə” kitablarının təqdimat keçirilib. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, AYB-in Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlı, AYB-in baş müşaviri Rauf Aslan, Tərcümə mərkəzi və bədii əlaqələr mərkəzinin sədri Əsəd Cahangir, şair, publisist Daməd Salman, yazıçı, publisist, ədəbiyyat üzrə fəlsəfə doktoru Şəfəq Nasir, “Dədə Ələsgər ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, iş adamı, AYB-in fəxri üzvü Rəşid Süleymanov, yazıçı Yaqut xanım və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

image-1 image-2 image-3



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki