Səhər saatlarında Yasamal rayonu ərazisində müşahidə olunan qatı tüstü sakinlərin narahatlığına səbəb olub.
Tribuna.az xəbər verir ki, Yasamal sakinləri rayonda tez-tez yaşanan bele problemlərdən, tikinti bumundan, toz-torpaqdan artıq narahat olduqlarını və bezdiklərini bildiriblər.
Yasamal sakini Fimar Asimqızı bildirib ki, qatı tüstünün yüksəldiyi yerdə hər an yeni bina ola bilər:
“Səhərimiz belə bir “mənzərə” ilə açıldı.
Tezliklə burada göydələn ucalar. Yeni Yasamalı sotla deyil, kvadrat metrlə satırlar.
Ətrafda yaşıllıq adına bir-iki qotur ağac qalıb”.






















