Türkiyənin “Trabzonspor” klubu “Liverpul”un hücumçusu Məhəmməd Salahla razılığı gəlib.
Korrekt.az xəbər verir ki, Jurnalist Yağız Sabunçuoğlunun məlumatına görə, Türkiyə klubu 34 yaşlı misirli oyunçuya ildə 17 milyon avro maaşla iki illik müqavilə təklif edib. Türkiyənin “Beşiktaş” və “Saudi Al-Diriyah” klubları da Məhəmməd Salehlə maraqlanır.
“Transfermarkt”a görə, Salehin bazar dəyəri 22 milyon avrodur. O, ötən mövsüm bütün yarışlarda 41 oyunda iştirak edib, 12 qol vurub və 10 məhsuldar ötürmə edib.





















