image-1backend

Şəhid Samir Sadıqovun şəhidliyinin 3-cü ildönümü qeyd olunub

image-ads-728x90

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Ağstafa rayonunun Qırlı kəndindən olan, Daxili Qoşunların həqiqi hərbi xidmət hərbi qulluqçusu, 2023-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası istiqamətində keçirilən antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalmış Samir Sadıqovun şəhidliyinin 3-cü ildönümü ilə əlaqədar məzarını ziyarət ediblər.

Ziyarət zamanı şəhidin məzarı önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi ehtiramla yad edilib. Şəhidin keçdiyi şərəfli döyüş yolu, Vətən qarşısında göstərdiyi qəhrəmanlıq və fədakarlıq haqqında fikirlər səsləndirilib.

Qeyd olunub ki, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi xalqımız tərəfindən hər zaman böyük ehtiram və minnətdarlıqla yad edilir. Onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

image-1 image-2 image-3 image-4 image-5 image-6



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki