image-1backend

Şəki Tibb Kollecində tender oyunu:  Cari təmir üçün  bu şirkətə 7.3 milyon manat ayırıb

image-ads-728x90

Şəki Tibb Kolleci, təhsil müəssisəsinin cari təmiri üçün 7 milyon 374 min 219 manat məbləğində vəsait ayırıb. Korrekt.az xəbər verir ki, bu məbləğ “Təmir Quradirma-F” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanan müqavilə çərçivəsində istifadə ediləcək.

Maraqlı məqam isə, Tibb Kollecinin təmir işləri üçün bu qədər böyük vəsait ayırmasıdır. Bu məbləğin necə və hansı işlərə xərclənəcəyinə dair suallar yaranır. Müqavilə çərçivəsində aparılacaq təmir işlərinin təfərrüatları və konkret sahələr haqqında açıqlama verilmir.

Satınalma prosesi “Kotirovka” metodu ilə həyata keçirilib və tender 25 noyabr 2025-ci ildə başlayıb. Təmir işlərinin tamamlanma tarixi isə 15 dekabr 2025-ci ilə qədər müəyyən edilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki