İslam İnqilabının Keşikçilər Korpusunun (SEPAH) ABŞ-nin məlumatı ilə Hörmüz boğazını keçməyə çalışan və İranın xəbərdarlıqlarına məhəl qoymayan bir gəmiyə raket zərbələri endirdiyi bildirilir. Məlumata görə, hücumdan sonra tanker hərəkətini dayandırıb.
Korrekt.az xəbər verir ki, Britaniya Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) isə bazar günü açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin Fuceyrə limanından 78 dəniz mili (144 km) şimalda neft tankerinin naməlum mərmilərlə vurulduğunu təsdiqləyib.
UKMTO bildirib ki, bütün heyət üzvləri təhlükəsizdir və hadisə nəticəsində ətraf mühitin çirklənməsi barədə hər hansı məlumat daxil olmayıb.





















