image-img_20260927_003538backend

SEPAH  qadınları döyüşə hazırlayır – FOTOLAR 

image-ads-728x90

İranda “Canfəda” kampaniyası çərçivəsində qadınların da hərbi hazırlıq prosesinə cəlb edildiyi bildirilir.

“Mehr” agentliyinin yaydığı məlumata görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən qadınlara silahla davranış və hərbi hazırlıq üzrə təlimlər keçirilir.

Məlumata əsasən, təlimlər zamanı iştirakçılara silahdan istifadə qaydaları öyrədilir. Bununla yanaşı, müxtəlif fövqəladə vəziyyətlər zamanı davranış, təhlükəsizlik tədbirləri və ilkin tibbi yardım kimi istiqamətlər üzrə də hazırlıq aparıldığı bildirilir.

İran mediası “Canfəda” kampaniyasını ölkənin müdafiəsinə ictimaiyyətin daha geniş şəkildə cəlb olunmasına yönəlmiş təşəbbüs kimi təqdim edir. Kampaniyaya kişilərlə yanaşı qadınların da qoşulduğu və onlar üçün xüsusi təlim proqramlarının təşkil edildiyi qeyd olunur.

SEPAH-ın nəzarətində olan “Bəsic” qüvvələrinin də kampaniya çərçivəsində könüllülərin hazırlanmasında iştirak etdiyi bildirilir.

İran hakimiyyəti bu cür tədbirləri ölkənin təhlükəsizliyinin təmin edilməsi və mümkün təhdidlərə qarşı əhalinin hazırlıq səviyyəsinin artırılması ilə əlaqələndirir.

Qadınların silah təlimlərinə cəlb olunması isə İranın daxili səfərbərlik və müdafiə hazırlığı siyasətində diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.

Qeyd edək ki, “Canfəda” kampaniyası çərçivəsində son dövrlərdə müxtəlif bölgələrdə hərbi hazırlıq tədbirləri və təlimlərin keçirilməsi barədə İran mediasında məlumatlar yayılıb.

image-img_20260927_003601 image-img_20260927_003538 image-img_20260927_003522 image-img_20260927_003510 image-img_20260927_003457



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki