image-1backend

Şimali Kipr XİN: Cənubi Kiprin Türkiyənin işğalçı olduğuna dair bəyanatını qınayırıq

image-ads-728x90

Cənubi Kiprin lideri Nikos Hristodilidisin Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinə cəmləşdirdiyi “F-16” qırıcıları, eləcə də Türkiyənin işğalçı qüvvə olduğuna dair bəyanatını kəskin şəkildə qınayırıq.

SUMTV xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyəti Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, 1963-1974-cü illərdə adada törədilən qanlı olaylar xalqın yaddaşından silinməyib.

Açıqlamada 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Xoşbəxt sülh” hərəkatının regionda sülh və sabitliyin yeganə təminatı olduğu vurğulanıb:

“Ana Vətənimiz olan Türkiyənin regionumuzda baş verən son hadisələr fonunda Cənubi Kipr hakimiyyətinin həyata keçirdiyi birtərəfli hərbi fəaliyyət nəticəsində adamımızı təhlükəyə atması ilə əlaqədar olaraq, Kipr türklərinin təhlükəsizliyinin artırılması ilə əlaqədar 6 ədəd “F-16” qırıcı təyyarəsinin və hava hücumundan müdafiə sistemlərinin Şimali Kipr Türk Cümhuriyyətinə göndərilməsindən məmnunluq duyuruq. Kipr Türk xalqının təhlükəsizliyi keçmişdə olduğu kimi, bu gün də Ana Vətənimiz olan Türkiyə tərəfindən təmin edilir. Türkiyənin təminatçı rolunda olması və Adadakı hərbi mövcudluğu təhlükəsizliyin, sülhün və firavanlığın təminatıdır. Türkiyənin təsirli və əyani təminatı, Türk əsgərinin ərazidə mövcudluğu Kipr Türk xalqı üçün önəmli və həyati əhəmiyyət daşıyan bir elementdir.

Təsirli və çəkindirici xarakter daşıyan gücü ilə daim yanımızda olan Ana Vətənimiz Türkiyəyə təşəkkür edirik”.

Açıqlamada Cənubi Kiprin silahlanma istiqamətində həyata keçirdiyi tədbirlərin sürətləndirilməsinə də diqqət çəkilib. Bildirilib ki, orada hakimiyyət dəyişikliyindən sonra by məsələyə ciddi diqqət yetirilib, milyardlarla dollar vəsait sərf olunub və bir çox dövlətlərlə hərbi sahədə əməkdaşlıq həyata keçirilib.

O da xüsusilə bəyan edilib ki, adanın ABŞ, İsrail və Fransa kimi dövlətlər tərəfindən hərbi məqsədlər üçün istifadəsinə şərait yaradan yunan halimiyyəti indi də İsrail və İran arasındakı gərginliyi bəhanə edərək bir çox ölkələrin regionda və onun ətrafında hərbi qüvvələr cəmləşdirməsinə şərait yaradıb. Yunan Kiprinin həyata keçirdiyi genişmiqyaslı silahlanma fəaliyyəti və hərbi əməkdaşlıqları regiondakı həssas tarazlığı dəyişdirmək təhlükəsi yaratmaqla yanaşı, həm də adamın Aralıq dənizinin Şərq hissəsinin təhlükəsizlik baxımından hədəfə alınmasına şərait yaradır:

“Belə bir şəraitdə regionda sülh və sabitliyin qorunması məsələsində qərarlı mövqeyimidi davam etdirməklə yanaşı, Kipr Türk Xalqının təhlükəsizliyinə təhdid yaradan hər bir hadisəni qərarlılıqla müşahifə edəcəyimizi və Şimali Kipr Türk Cümhuriyyəti xalqının təhlükəsizliyi üçün bütün lazımi addımları atacağımızı bəyan etmək istəyirik”.

Hər zaman vurguladığımız kimi, regionda baş verən son hadisələr bərabərhüquqlu iki dövlət prinsipinə istiqamətlənən siyasətimizin nə qədər ədalətli və real olduğunu açıq şəkildə sübut edir”



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki