image-1backend

Şimon Beriman:“Ermənistan İranla birlikdə İsrail üçün təhlükə mənbəyidir”

image-ads-728x90

Ermənistan  İranın müttəfiqidir və  İsrail üçün potensial təhlükəsizlik təhdididir.

Korrekt.az xəbər verir ki, bunu israilli tarixçi və araşdırmaçı jurnalist Şimon Beriman deyib.

Bu yaxınlarda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan ikitərəfli münasibətlərdə yeni səhifə açmaq imkanlarını araşdırmaq məqsədilə bir sıra görüşlər üçün İsrailə səfər edib.

Lakin diplomatik əlaqələrin pərdə arxasındakı dərin fikir ayrılıqları və həssas məsələlər iki tərəf arasındakı qarşılıqlı əlaqəni kölgədə qoyur.

Beriman deyib: “İsrailin  Azərbaycana münasibəti ilə Ermənistana münasibəti arasında əsaslı fərq var.Tel-Əviv-Bakı xətti bizim üçün həmişə prioritetdir. Tel-Əviv-İrəvan xətti bir çox səbəblərə görə yalnız üçüncü dərəcəli marşrutdur. Bizim Azərbaycanla strateji tərəfdaşlığımız, eləcə də ortaq geosiyasi və ticarət maraqlarımız var. Ermənistanın isə İsrail üçün cəlbediciliyi azdır. Bundan əlavə, o, İranın müttəfiqi və İran yüklərinin, çox vaxt hərbi xarakterli yüklərinin daşınması üçün aviabaza kimi potensial təhlükədir”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki