Siyəzən Rayon İcra Hakimiyyəti, şəhərin küçə və məhəllələrində aparılacaq abadlıq işləri üçün “Safari” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. Korrekt.az xəbər verir ki, abadlıq işlərinin ümumi məbləği 520.028,67 AZN təşkil edir.
Tender 27 noyabr 2025-ci ildə başlayıb və 28 dekabr 2025-ci il tarixində başa çatacaq.
Maraqlı məqamlardan biri də odur ki, Siyəzən Rayon İcra Hakimiyyəti daha əvvəl də “Safari” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mütəmadi olaraq əməkdaşlıq edib.





















