image-timthumb-1backend

ŞOK GÖRÜNTÜLƏR: Məşhur din xadimi kazinoda yaxalandı

image-ads-728x90

Məşhur erməni din xadimi, müxalif keşiş Qusan Aljanyanın sensasion görüntüləri yayılıb.

Korrekt.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Aljanyanın İsveçrədə kazinoda qumar oynadığını əks etdirən foto və video materiallar təqdim olunub.

Qeyd edilir ki, bu ilin yanvarında Qusan Aljanyan kilsə daxilindəki proseslərlə bağlı çıxış edərək etiraz mövqeyi sərgiləyən 10 yepiskopa qoşulub. Daha sonra o, Petros Qazaryanın proqramına uzaqdan müsahibə verib.

Keşiş həmin müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyanın kilsə ilə bağlı təşəbbüsünün “çoxdan gözlənilən” olduğunu bildirib. O, həmçinin kilsənin çətin vəziyyətdə olduğunu və islahatlara ehtiyac duyduğunu deyib.

Aljanyan çıxışında ruhanilərin davranışı, dürüstlük və dövlətə qarşı çıxmağın yolverilməzliyi məsələlərinə də toxunub.

“Hraparak”ın yaydığı yeni görüntülər isə keşişin bu açıqlamaları fonunda müzakirələrə səbəb olub. Nəşr Aljanyanın İsveçrədə kazinoda oyun oynadığını göstərən görüntüləri oxucularına təqdim edib.

Görüntülərin hansı tarixdə çəkildiyi və kadrlardakı şəxsin konkret olaraq hansı şəraitdə kazinoda olduğu barədə əlavə məlumat verilməyib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki