image-1backend

ŞOK! Sevərək yediyimiz əncirin içində GÖRÜN HANSI proses gedir – Həşəratlar…

image-ads-728x90

Alimlər əncirin daxilində baş verən maraqlı bioloji prosesi açıqlayıblar.

Məlum olub ki, yediyimiz hər əncirin içində əncir arısı adlanan kiçik canlı yaşayır və onun həyatı meyvənin daxilində tamamlanır.

Araşdırmalara görə, dişi əncir arısı yumurta qoymaq üçün meyvənin içinə daxil olur. Lakin giriş zamanı qanadlarını və bığcıqlarını itirdiyi üçün bir daha çölə çıxa bilmir və həyatını əncirin daxilində başa vurur.

Daha sonra yumurtadan çıxan erkək sürfələr dişi arıların çölə çıxması üçün meyvənin içində tunellər qazır. Ancaq onlar da əncirin daxilindən çıxa bilmədən ölürlər. Polen daşıyan dişi arılar isə yeni əncirlərə gedərək bu dövrü davam etdirirlər.

Mütəxəssislər bildirirlər ki, əncirin tərkibindəki fisin fermenti meyvənin içində qalan arını parçalayaraq zülala çevirir. Buna görə də meyvənin içində ayrıca arı qalığı görünmür.

Botaniklər ənciri “saxta meyvə” adlandırırlar. Çünki əncir əslində yüzlərlə kiçik çiçəyin birləşməsindən yaranan xüsusi quruluşa malikdir. Bununla yanaşı, əncir yüksək lif və antioksidant tərkibi ilə sağlam qidalar arasında göstərilir.Musavat.com



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki